Bank Of Baku

Lənkəranda yol qəzası baş verib

Lənkəranda yol qəzası baş verib
# 16 dekabr 2006 08:33 (UTC +04:00)
Dünən Lənkəran şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Ziya Səmədov idarə etdiyi “VAZ-2106” markalı 42 BB 266 dövlət nömrə nişanlı “Jüquli” avtomaşınını yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə elektrik dirəyi avtomaşınının üstünə aşıb. “Jiquli”nin sürücüsü və sərnişin - Lənkəran sakini, 1978-ci il təvəllüdlü Elşən Rzayev müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya və reanimasiya şöbələrinə yerləşdirilib. İlkin təhqiqatlar zamanı müəyyənləşdirilib ki, qəzaya avtomaşının yüksək sürətlə hərəkət etməsi səbəb olub.
Xəstəxanadan APA-nın bölgə müxbirinə bildirilib ki, hər iki zərərçəkənin vəziyyəti orta-ağırdır. Faktla ağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR