Bank Of Baku

Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 7 bina tikiləcək

Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 7 bina tikiləcək
# 16 dekabr 2006 10:01 (UTC +04:00)
Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 7 bina tikiləcək. Bunu APA-nın Qərb bürosuna Gəncə şəhərinin baş memarı Məmməd İbrahimov deyib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Gəncədə tikiləcək yeni binaların inşasına 2007-ci ilin birinci rübündə başlanılacaq: “Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə paylanılacağı nəzərdə tutulan binalar Yeni Gəncə qəsəbəsində inşa olunacaq. Burada artıq Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2,1 hektar torpaq sahəsi ayrılıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR