Bank Of Baku

Milli Elmlər Akademiyasının binasının 5-ci mərtəbəsində yanğın baş verib

Milli Elmlər Akademiyasının binasının 5-ci mərtəbəsində yanğın baş verib
# 18 dekabr 2006 11:57 (UTC +04:00)
Bu gün Milli Elmlər Akademiyasının binasının 5-ci mərtəbəsində yanğın baş verib. AMEA-dan APA-ya verilən məlumata görə, yanğın dəhlizdəki elektrik xətlərindəki qısaqapanmadan baş verib. Hadisə yerinə 2-ci çağırışla paytaxtın bir neçə rayonundan 10-dan artıq yanğınsöndürmə maşını yola düşsə də, yanğın Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən söndürüldüyü üçün yanğınsöndürənlər hadisə yerinə çatmamış çağırış ləğv edilib. AMEA-dan bildirilib ki, hadisə zamanı binaya ciddi ziyan dəyməyib. Elektrik şiti yenisi ilə əvəzlənib və baş vermiş qəza aradan qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR