Bank Of Baku

BŞBPİ rəisi Məhərrəm Əliyev: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il paytaxtda baş verən cinayətlərin sayı artıb”

BŞBPİ rəisi Məhərrəm Əliyev: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il paytaxtda baş verən cinayətlərin sayı artıb”
# 18 dekabr 2006 12:16 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, general-leytenant Məhərrəm Əliyev deyib. Onun bildirdiyinə görə, 5-10 il əvvəl baş vermiş cinayətlərin yarısı bağlı qalırdısa, bu gün əksəriyyətinin üstü isti izlərlə açılır: “Bu günə qədər baş verən 62 ölüm faktından yalnız 5-i bağlı qalıb”. BŞBPİ-nin rəisi yalnız kiçik cinayətlərdə artım müşahidə olunduğunu bildirib. Belə ki, ötən illə müqayisədə dələduzluq cinayəti 231, iqtisadi cinayətlər 462, dövlət əmlakının oğurluğu 51 fakt artıb: “11 ayda baş verən ümumi cinayətlərin 79%-i açılıb. Əsas göstəricilər isə ilin sonunda üzə çıxacaq. 2006-cı ildə ajiotaj yaradacaq çox cüzi hadisələr baş verib. Bir maraqlı məqamda da var ki, 11 ayda əcnəbi vətəndaşlara qarşı 96 cinayət faktı qeydə alınıb, onlardan 24-ü bağlıdır. Biz bu məsələyə xüsusi diqqət yetiririk”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR