Bank Of Baku

Bu gün azərbaycanlı zəvvarların daha bir qrupu Həcc ziyarətinə gedib

Bu gün azərbaycanlı zəvvarların daha bir qrupu Həcc ziyarətinə gedib
# 18 dekabr 2006 12:34 (UTC +04:00)
Bu gün azərbaycanlı zəvvarların daha bir qrupu təyyarə ilə Həcc ziyarətinə yola düşüb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Zəvvarların təyyarə ilə Məkkəyə yola salınması dekabrın 24-nə kimi davam edəcək. Avtobusla Həccə gedən zəvvarların birinci qrupu hazırda Suriya, ikinci qrupu isə İran İslam Respublikasının ərazisindədir. Təxminən 4-5 gündən sonra azərbaycanlı zəvvarların hamısı Səudiyyə Ərəbistanı Krallığında olacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR