Bank Of Baku

Erməni əsirliyindən azad edilmiş Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayevin səhhəti normaldır

Erməni əsirliyindən azad edilmiş Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayevin səhhəti normaldır
# 25 dekabr 2006 09:40 (UTC +04:00)
Dekabrın 23-də erməni əsirliyindən azad edilmiş Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayevin sağlıq durumu normaldır. Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından (DK) məlumat verilib. Komissiyadan bildirilib ki, təhvil prosesi komissiyanın səyləri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilib. Təhvil vermə prosesində iştirak edən hərbi həkimin ilkin rəyinə əsasən, V.Qaracayevin səhhəti normaldır. Əsgərin sağlamlıq durumu barədə ilk növbədə onun ailəsi məlumatlandırılıb. Əsgər daha sonra Müdafiə Nazirliyinə təhvil verilib.
DK onu da diqqətə çatdırır ki, qurum Azərbaycanın əsir və girov götürülmüş vətəndaşlarının azad olunması, itkin düşmüş şəxslərin axtarışı üçün bütün zəruri tədbirləri görür, bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Hazırda DK-da itkin şəxs kimi qeydiyyata alınmış 4561 nəfərin axtarışı istiqamətində gündəlik fəaliyyət göstərilir: “Nədənsə, onlarla o qədər də maraqlanmayan bəzi üzdəniraq mətbuat işçiləri yeni əsir düşmüş əsgər barədə yalnız təxəyyülün məhsulu olan məlumatları ictimai müzakirəyə çıxarır. Dövlət Komissiyası bir daha bəyan edir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar səhih məlumatlar yalnız Komissiyanın İşçi qrupunun arxivində saxlanılır. Biz mətbuat orqanları ilə daim konstruktiv əməkdaşlığa hazırıq”.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən də APA-ya bildirilib ki, əsgərin vəziyyəti normaldır. Hazırda onunla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Balakən rayon Hərbi Komissarlığından bu il hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Qaracayev Vüsal Məhəmməd oğlu dekabrın 7-də Ağdam ərazisində əsir götürülüb, dekabrın 23-də isə azad olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR