Astaranın Ərçivan kəndində yeni məktəb binasının açılışı olub

Astaranın Ərçivan kəndində yeni məktəb binasının açılışı olub
# 25 dekabr 2006 10:32 (UTC +04:00)
Dünən Astara rayonunun Ərçivan kəndində 360 yerlik yeni məktəb binasının açılış mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova məktəb binasının regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində tikildiyini və zəruri avadanlıqlarla təchiz olunduğunu bildirib. Kənd ağsaqqalı Müzəffər Əzizov, məktəbin məzunu, yazıçı-jurnalist Gülnar Əsədli, şairə Dilarə Məmmədova və başqaları yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivini təbrik ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin iştirakı ilə rəmzi qırmızı lent kəsildikdən sonra sinif otaqlarına baxış keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR