Bank Of Baku

Keçmiş baş nazir Surət Hüseynovun sabiq dəstə üzvünün işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Keçmiş baş nazir Surət Hüseynovun sabiq dəstə üzvünün işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
# 08 fevral 2007 14:10 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə 1994-95-ci illərdə sabiq baş nazir Surət Hüseynovun dəstəsində fəaliyyət göstərən Akif Zeynalovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə APA-ya məhkəmədən məlumat verilib.
Qeyd edək ki, A.Zeynalov əvvəllər Yevlaxda yerləşən Yun-İplik Kombinatında çilingər işləyib, 1994-95-ci illərdə isə hazırda məhkum olunan zavodun direktoru Nüsrət Budaqovun sürücüsü kimi fəaliyyət göstərib və bu müddətdə müdiri ilə cinayət əlaqəsinə girərək onun göstərişi ilə iki-üç nəfəri silahla təmin edib. S.Hüseynov və digər dəstə üzvlərinin rəhbərliyi altında 1994-cü il oktyabrın 4-də hakimiyyəti ələ keçirmək üçün düzəldilən sui-qəsdin qarşısı alındıqdan sonra N.Budaqov həbs edilib, A.Zeynalov özündə saxladığı silahı qardaşı vasitəsilə 1995-ci ildə təhvil versə də, özü istintaqdan qaçıb. 1995-ci ildən barəsində axtarış elan olunan A.Zeynalov ötən ilin dekabrında həbs edilib. Bundan sonra onun barəsindəki Cinayət Məcəlləsinin 279.1-cu maddəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, hərbi texnika və partlayıcı maddə ilə təmin etmə) ilə başlanmış cinayət işinin istintaqı təzələnərək istintaq hərəkətləri davam etdirilib.
Məhkəmə baxışı fevralın 19-da başlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR