Bank Of Baku

Azərbaycan Ordusunun erməni əsirliyindən qayıtmış daha bir əsgəri həbs olunub

Azərbaycan Ordusunun erməni əsirliyindən qayıtmış daha bir əsgəri həbs olunub
# 08 fevral 2007 14:54 (UTC +04:00)
Hərbi Prokurorluqdan APA-ya verilən məlumata görə, əsgərə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 334.3-cü (fərarilik) və 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb. Respublika Hərbi Prokurorluğunun təqdimatı ilə E. Nuriyev barəsində Bakı şəhər Hərbi Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, E. Nuriyev bu il yanvarın 16-da Azərbaycana qaytarılıb. 1976-cı il təvəllüdlü Eldəniz Bəyalı oğlu Nuriyev 2005-ci ilin iyulunda Ağsu rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, cəbhənin cənub istiqamətində, Füzuli rayonu ərazisində 2006-cı il dekabrın 31-də əsir götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR