Bank Of Baku

Gəncədə maskalı şəxslər evə silahlı basqın ediblər

Gəncədə maskalı şəxslər evə silahlı basqın ediblər
# 08 fevral 2007 14:59 (UTC +04:00)
Dörd silahlı şəxs Nəriman Nərimanov prospekti 377 ünvanında yerləşən evə basqın edib. İstintaqa rəhbərlik edən Nizami rayon Polis Şöbəsinin müstəntiqi Siyavuş Sadıqov APA-ya bildirib ki, basqınçılardan 3-ü maskalı olub və onlar evdən təxminən 13000 dollar məbləğində pul aparıblar. Basqın zamanı ailənin 4 üzvü evdə olub. Basqınçılar ailə üzvlərindən birinin əllərini bağlayaraq, hədə-qorxu ilə pulun yerini deməyi tələb ediblər. Ailə üzvləri isə pulun yerini göstərməyiblər. Bundan sonra basqınçılar özləri evdə axtarış apararaq, pulu tapıblar. Müstəntiqin sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 181.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla quldurluq törətmək) maddəsi ilə cinayət işi başlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR