Bank Of Baku

Vətən Müharibəsi Veteranları Birliyi “Vətən harayı” abidəsinin dövlət protokoluna salınması xahişi ilə prezidentə müraciət edib

Vətən Müharibəsi Veteranları Birliyi “Vətən harayı” abidəsinin dövlət protokoluna salınması xahişi ilə prezidentə müraciət edib
# 08 fevral 2007 15:01 (UTC +04:00)
Vətən Müharibəsi Veteranları Birliyi (VMVB) Xocalıda şəhid olan soydaşlarımızın xatirəsinə ucaldılan “Vətən harayı” abidəsinin dövlət protokoluna salınması xahişi ilə dövlət başçısına müraciət edib. VMVB-nin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyevin APA-ya verdiyi məlumata görə, müraciətdə abidənin mühüm təbliğat xarakteri daşıdığı və bu səbəbdən də Azərbaycana gələn qonaqların bu kompleksi ziyarət etməsinin zəruriliyi vurğulanıb. B. Əliyev analoji müraciətin Milli Məclisə və ölkədə fəaliyyət göstərən QHT-lərə də ünvanlandığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR