Bank Of Baku

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
# 20 yanvar 2008 10:11 (UTC +04:00)
Bu gün Gəncədə 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. APA-nın qərb bürosunun xəbərinə görə, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə təşkil olunmuş anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Saat 12:00-da tədbir keçirilən yerin yaxınlığında olan bütün avtomobillər şəhidlərin xatirəsini yad etmək üçün siqnal verib. Daha sonra Gəncə ŞİH başçısı Eldar Əzizov və digər rəsmi şəxslər 20 Yanvar şəhidlərinin xatirə kompleksinin önünə fəxri qarovulun müşayiəti ilə əklil qoyub.
Qeyd edək ki, ümumşəhər tədbirindən öncə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimləri Gəncənin bütün idarə və təşkilatlarında qeyd edilib. Gəncə ilə yanaşı, anım mərasimləri ölkənin qərb bölgəsinə aid olan Samux, Xanlar, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən və Gədəbəy rayonlarında da qeyd edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR