Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.
2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17:58
İsmayıllı sakini su kanalında batıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayıllı rayon Qubaxəlilli kənd sakini Rəvan Məhərrəmov su kanalında çimərkən batıb.
Hazırda onun axtarışları davam etdirilir.