Bank Of Baku

Azərbaycanda keçirilən II Televiziya Muğam Müsabiqəsində üçüncü yeri tutan Nasir Ətapur İranda həbs olunub

Azərbaycanda keçirilən II Televiziya Muğam Müsabiqəsində üçüncü yeri tutan Nasir Ətapur İranda həbs olunub
# 21 yanvar 2008 11:38 (UTC +04:00)
İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, yanvarın 17-də Tehranın İmam Xomeyni adına Hava Limanında bir gün saxlanılan N. Ətapur hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sorğu-suala tutulub və ondan izahat alınıb. İzahatda onun İranda Azərbaycan muğamının təbliği ilə məşğul olmasına, əsasən də Təbrizdə keçirilən musiqi tədbirlərində iştirakına qadağa qoyulub. N. Ətapurun Təbrizdə yaşayan ailəsindən isə bu məsələ nə təsdiq, nə də təkzib edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilən II Televiziya Muğam Müsabiqəsində III yer tutan Nasir Ətapur Təbrizdə doğulub və orada da yaşayır. N. Ətapurun müəllimi isə tanınmış təbrizli musiqiçi Həsən Azərbaycan (Hərgülü) olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR