Bank Of Baku

Babək rayonunun Zeynəddin kəndində güclü yanğın baş verib

Babək rayonunun Zeynəddin kəndində güclü yanğın baş verib
# 21 yanvar 2008 16:26 (UTC +04:00)
Bu gün Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndində güclü yanğın baş verib. APA-nın məlumatına görə, kənd sakini Məhərrəm Məmmədova məxsus evdə baş verən yanğın partlayışa səbəb olub. Hadisə nəticəsində ölən və ya yaralanan olmasa da, 3 otaqlı ev və işindəki əşyalar tamamilə yanaraq, yararsız hala düşüb. İlkin ehtimallara görə, hadisəyə qaz sızması səbəb olub.
Qeyd edək ki, yanvarın 1-dən 21-dək Naxçıvanda 6 yanğın hadisəsi qeydə alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR