Bank Of Baku

“Azərbaycan” qəzetinin müxbiri dünyasını dəyişib

“Azərbaycan” qəzetinin müxbiri dünyasını dəyişib
# 22 yanvar 2008 10:07 (UTC +04:00)
“Azərbaycan” qəzetinin Şəki-Zaqatala bölgəsinin müxbiri Famil Abbasov dünyasını dəyişib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gün səhər saatlarında Zaqatala Rayon İcra Hakimiyyətinə (RİH) gələn F. Abbasov binanı tərk edərkən pilləkəndən yıxılaraq ölüb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirhəsən Mirbağıroğlunun APA-nın yerli bürosuna verdiyi məlumata görə, F. Abbasov ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da APA-ya 60 yaşlı müxbirin öz əcəli ilə dünyasını dəyişdiyini deyib. Baş redaktor hazırda Zaqatalada F. Abbasovun yas mərasimində olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR