Bank Of Baku

Moskvada azərbaycanlılarla ermənilər arasında dava düşüb

Moskvada azərbaycanlılarla ermənilər arasında dava düşüb
# 22 yanvar 2008 11:27 (UTC +04:00)
Belə ki, ermənilər internetdə qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağ haqqında yalan məlumatlar yerləşdirərək həmin ərazini “Arsax” adlandırıblar. Onlar işğalçı rejimin bayrağını saytlarda yerləşdiriblər, Azərbaycan haqqında yalan, təhqiredici məlumatlar yayıblar. Azərbaycanlılar onlara internet vasitəsilə cavab veriblər. Nəticədə gənclər arasında mübahisə yaranıb. Azərbaycanlılar və ermənilər mübahisəni davam etdirmək üçün Ryazanski küçəsində görüşüblər və nəticədə dava düşüb. Qarşıdurmada hər iki tərəfdən 250-300 nəfərin iştirak etdiyi bildirilir. Davada başından yüngül xəsarət alan bir azərbaycanlıya tibbi yardım göstərilib. İnsidentin qarşısı yalnız şəhərin hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra alınıb. Qarşıdurmada iştirak edənlərdən Moskvanın Ryazanski və Vıxino rayon milis bölmələrinə aparılan 40 nəfər daha sonra sərbəst buraxılıb. Koordinasiya Şurasından bildirilib ki, azərbaycanlıların azad olunmasında Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşlarının və Moskvada fəaliyyət göstərən bəzi iş adamlarının rolu olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR