Bank Of Baku

Əzizbəyov və Yasamal rayonlarında təbii qazın sızmasından partlayış baş verib

Əzizbəyov və Yasamal rayonlarında təbii qazın sızmasından partlayış baş verib
# 23 yanvar 2008 12:44 (UTC +04:00)
Yanvarın 22-də Bakıda Bakının Əzizbəyov rayonundakı Albalı yaşayış sahəsində yaşayan Nəzakət Yusifovaya məxsus evdə məişətdə istifadə edilən qaz balonunun nasazlığından partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində dağıntı olmayıb, xəsarət almış N.Yusifova və qızı Flora Yusifova xəstəxanaya yerləşdiriliblər. Yasamal rayonu, Şərifzadə küçəsi ev 112 ünvanında yaşayan Nazilə Zeynalovanın mənzilində təmir işləri aparılarkən təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə mətbəxin pəncərəsinin çərçivəsi dağılıb, S. Qədirov isə yüngül xəsarət alıb. Yanvarın 23-də isə Nərimanov rayonu, Plotnikov küçəsi, ev 29 ünvanında yaşayan Nadir Vəliyevə məxsus 5 otaqlı mənzildə yanğın olub. Nəticədə mənzilin yanar konstruksiyaları və içindəki əşyalar 60 kvm. sahədə yanıb, N. Vəliyev isə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Hər üç faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR