Bank Of Baku

Qubada aşkarlanan kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar müvəqqəti dayandırılıb

Qubada aşkarlanan kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar müvəqqəti dayandırılıb
# 23 yanvar 2008 12:59 (UTC +04:00)
Quba rayonunda aşkar edilən kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar müvəqqəti dayandırılıb. Bu barədə APA-ya ərazidə elmi tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, pis hava şəraiti arxeoloji qazıntıları davam etdirməyə imkan verməyib: “Hazırda ekspedisiya fəaliyyətinə ara verib. Amma biz hökmən tədqiqatları davam etdirməliyik”. Tədqiqat sahəsinin hüquq-mühafizə orqanlarının ciddi nəzarəti altında olduğunu deyən ekspedisiya rəhbəri aşkarlanan maddi nümunələrin siyahı ilə dövlət qurumuna təhvil verildiyini söyləyib. Ərazidə arxeoloji qazıntıların nə vaxt davam etdiriləcəyi isə hələ məlum deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR