Bank Of Baku

9 yaşlı qızı zorlamaqda təqsirləndirilən Bakı sakininin məhkəməsi başlayıb

9 yaşlı qızı zorlamaqda təqsirləndirilən Bakı sakininin məhkəməsi başlayıb
# 23 yanvar 2008 15:50 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə azyaşlı qızı zorlamaqda təqsirləndirilən Bakı sakini Sənan Əliyevin qapalı məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına əsasən, S. Əliyev 2007-ci ilin noyabrında qonşuluqda yaşayan 9 yaşlı Z. Ç.-ni aldadaraq zorlayıb. Prosesdə zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi dinlənilib. Məhkəmə prosesi davam edir. Qeyd edək ki, S. Əliyev Cinayət Məcəlləsinin 149.2.3-cü (yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsinə əsasən ittiham olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR