Bank Of Baku

Qax rayonu ərazisində silah-sursat aşkarlanıb

Qax rayonu ərazisində silah-sursat aşkarlanıb
# 24 yanvar 2008 09:28 (UTC +04:00)
Qax rayonu ərazisində xeyli silah-sursat tapılıb. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Əlibəyli kəndi ərazisində abadlıq işləri aparılarkən yolun kənarında 2 ədəd əl qumbarası və 200 ədəd avtomat gülləsi aşkarlanıb. Bundan başqa rayonun mərkəzində, 2 saylı orta məktəbin ərazisində 500 ədəd avtomat gülləsi aşkarlanaraq götürülüb. Rayon ərazisində aşkarlanan silah sursat Daxili İşlər Nazirliyinə təhvil verilib. Faktla bağlı Qax RPŞ-də araşdırmalar davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR