Bank Of Baku

Bakı-Rostov yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Rostov yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib
# 24 yanvar 2008 10:38 (UTC +04:00)
Bu gecə Bakı-Rostov yolunun 287-ci km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, Samur qəsəbəsinin sakini, 22 yaşlı Nazim Bayramovun idarə etdiyi “Azsamand” markalı maşın aşıb. Nəticədə maşının sərnişinləri, qəsəbə sakinləri 22 yaşlı Robert Qayıbov və Namiq Şahbazov ağır bədən xəsarəti alıblar. R. Qayıbov xəstəxanaya aparılarkən yolda keçinib, xəstəxanaya yerləşdirilmiş N. Şahbazovun vəziyyəti isə ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR