Bank Of Baku

Azərbaycan paytaxtında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan paytaxtında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 25 yanvar 2008 09:36 (UTC +04:00)
Bakının Yasamal rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 24-də saat 23.00 radələrində Mətbuat prospektində Murad İsgəndərovun idarə etdiyi 10 RH 506 dövlət nömrə nişanlı BMW markalı avtomobil 10 XS 796 nömrəli VAZ-2106 ilə toqquşub. Toqquşma zərbəsi güclü olduğundan VAZ-2106 markalı maşın fırlanaraq yolun kənarında dayanan KİA markalı mikroavtobus və “Forland” markalı yük avtomobilinə çırpılıb. M. İsgəndərov aldığı xəsarətdən dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR