Bank Of Baku

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin kassasiya şikayəti üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin kassasiya şikayəti üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb
# 25 yanvar 2008 11:00 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ümumvətəndaş pasportunun verilməməsi ilə bağlı verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmədə bu günə təyin olunmuş məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Partiya sədrinin vəkili Elçin Qəmbərovun APA-ya verdiyi məlumata görə, hakim Əsəd Mirzəliyevin sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb cavabdeh tərəf olan Nəsimi rayon Prokurorluğunun vəkilinin iş materialları ilə tanış olmaq üçün vaxt istəməsi olub. Məhkəmə iclası fevralın 15-ə təyin edilib. Qeyd edək ki, ümumvətəndaş pasportunun müddəti bitən Ə. Kərimli 2006-cı ildə yeni pasport almaq üçün Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinə müraciət edib. Ancaq ona pasport verilməsindən imtina olunub. Buna səbəb kimi partiya sədri barəsində 1994-cü ildə Cinayət Məcəlləsinin qanunsuz silah-sursat saxlama maddəsi ilə başlanmış cinayət işinə xitam verilməməsi göstərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR