Bank Of Baku

Lənkəranda oğurluqla məşğul olan rayon sakinləri yaxalanıblar

Lənkəranda oğurluqla məşğul olan rayon sakinləri yaxalanıblar
# 26 yanvar 2008 10:07 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqla məşğul olan rayon sakinləri yaxalanıblar. Polis Şöbəsinin istintaq bölməsinin rəisi İsmayıl Məmmədovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Viyən kənd sakini, 1973-cü il təvəllüdlü, əvvəllər iki dəfə məhkum olunmuş Elçin Qiyas oğlu Kişiyev həmkəndlisi, 1975-ci il təvəllüdlü Azad Bayraməli oğlu Əliyevlə qabaqcadan cinayət əlaqəsinə girərək, başqasının əmlakını qarət etmək məqsədilə Lənkəran şəhərinin Kamil Kazımov küçəsindəki 46 saylı yaşayış evinə basqın ediblər. Onlar mənzildən 250 manat dəyərində uşaq yataq dəsti, 11 ədəd çay dəsmalı, masa örtükləri, qadın ayaqqabıları, qab-qacaq dəsti, yorğan və bir ədəd “Samsunq” markalı telefon aparatı götürüblər. Lakin qonşuların polisə xəbər verməsi nnəticəsində onlar cinayət başında yaxalanıblar. Faktla bağlı Lənkəran RPŞ-də Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işinə başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR