Bank Of Baku

Azərbaycanın millət vəkili Fazil Qəzənfəroğlu yanvarın 16-da ailəsində baş vermiş faciə ilə əlaqədar ona dəstək olan hər kəsə təşəkkürünü bildirib

Azərbaycanın millət vəkili Fazil Qəzənfəroğlu yanvarın 16-da ailəsində baş vermiş faciə ilə əlaqədar ona dəstək olan hər kəsə təşəkkürünü bildirib
# 28 yanvar 2008 11:13 (UTC +04:00)
BQP mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada Fazil Qəzənfəroğlu yanvarın 16-da ailəsində baş vermiş faciə ilə əlaqədar onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Bu ağır günlərdə ailəmizin dərdinə şərik olan hər kəsə - bütün Azərbaycan vətəndaşlarına, seçicilərimə, dövlət məmurlarına, millət vəkillərinə, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərlərinə təşəkkürümü bildirirəm. Ayrıca hadisəni obyektiv işıqlandırdığına görə bütün media quruluşlarına, onların rəhbərlərinə və nümayəndələrinə xüsusi minnətdarlığımı çatdırıram”.
Qeyd edək ki, yanvarın 16-da axşam saatlarında Fazil Qəzənfəroğlunun 2000-ci il təvəllüdlü oğlu Elçibəy Mustafayev və 1985-ci il təvəllüdlü qaynı Mahir Mirzəyev hamamda dəm qazından boğulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR