Bank Of Baku

Azərbaycan paytaxtında maşın qaçırılıb

Azərbaycan paytaxtında maşın qaçırılıb
# 30 yanvar 2008 08:21 (UTC +04:00)
Bakının Sabunçu rayonu ərazisində taksi sürücüsünün maşını əlindən alınaraq qaçırılıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər sərnişin qismində taksi sürücüsü Asif Həsənovun idarə etdiyi maşına əyləşib, Sabunçu rayonu istiqamətində sürdürüblər. Həmin şəxslər Sabunçu rayonu ərazisində A. Həsənova bıçaqla hədə-qorxu gəlib, idarə etdiyi VAZ-2107 markalı avtomobili əlindən alaraq qaçırıblar. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR