Bank Of Baku

Çexiyada azərbaycanlı homoseksual öz həmcinsi ilə rəsmi nikaha girib

Çexiyada azərbaycanlı homoseksual öz həmcinsi ilə rəsmi nikaha girib
# 30 yanvar 2008 08:52 (UTC +04:00)
Adı açıqlanmayan Azərbaycandan olan mühacir Çexiyada öz həmcinsi ilə nikaha girib. APA bu barədə Çexiya kütləvi informasiya vasitələrinə istinadən məlumat yayıb. Çexiya qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, bu günə qədər ölkədə eyni cinslər arasında 487 nikah müqaviləsi bağlanıb. Bunlardan 353 nikah müqaviləsi kişilər arasında, 134 müqavilə isə qadınlar arasında başlanıb. Çexiya vətəndaşı olan həmcinsi ilə nikah müqaviləsinə görənlərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır, onların arasında Ermənistan, Tayvan, İsrail, Meksika, Qazaxıstan və ABŞ vətəndaşları çoxluq təşkil edir. Homoseksualizm 1961-ci ilə kimi sabiq Çexoslovakiyada ən ağır cinayətlərə hesab olunub. 2006-cı ildə ölkədə eyni cinsdən olan insanların rəsmi nikaha girməsinə icazə verən qanun qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR