Bank Of Baku

Azərbaycanın Qusar rayonunda iş adamı Natiq Əliyev həbs edilib

Azərbaycanın Qusar rayonunda iş adamı Natiq Əliyev həbs edilib
# 30 yanvar 2008 13:26 (UTC +04:00)
Xəbərə əsasən, hazırda iş adamına məxsus ticarət mərkəzi və mal anbarı möhürlənib. Bu obyektlər polis nəzarətindədir. Natiq Əliyevin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldığı və Bakı şəhərinə aparıldığı söylənilir. Qusar rayon polis şöbəsindən isə APA-nın şimal bürosuna bildiriblər ki, yerli polis iş adamı ilə əlaqədar hər hansı əməliyyat keçirməyib. Natiq Əliyevə məxsus obyektlərdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yoxlamalar aparıblar və hazırda iş adamı Bakı şəhərindədir.
Qusar rayon Prokurorluğundan da APA-ya bildirilib ki, iş adamı BMCMİ-nin əməkdaşları tərəfindən həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya bu haqda məlumatı olmadığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR