Bank Of Baku

Astarada baş verən yol qəzasında bir nəfər ölüb

Astarada baş verən yol qəzasında bir nəfər ölüb
# 31 yanvar 2008 07:42 (UTC +04:00)
Yanvarın 30-da axşam saat 21.00 radələrində Astara rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Astara rayon Polis Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun 220,9 kilometrliyində, rayonun Pensər kəndi ərazisində qeydə alınıb. Astaranın Təngərüd kənd sakini, 42 yaşlı Zöhrab Ağayevin idarə etdiyi “Hundai-Tucson” markalı, 10 XO 022 dövlət nömrə nişanlı avtomaşın idarəetməni itirərək yol kənarındakı şam ağacına çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü dərhal Lənkəran Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Z. Ağayevin həyatını xilas etmək mümkün olmayıb. Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin birində çalışan Z. Ağayev Bakıdan Astaraya gedirmiş. Fakt üzrə Astara rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR