Bank Of Baku

Astara rayonu ərazisində baş verən yol qəzasında 2 nəfər yaralanıb

Astara rayonu ərazisində baş verən yol qəzasında 2 nəfər yaralanıb
# 31 yanvar 2008 10:38 (UTC +04:00)
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun 223-cü kilometrliyində, Astara rayonunun Təngərüd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Astara rayon sakini, 1984-cü il təvəllüdlü Rasim Əliəsəd oğlu Nəcəfovun idarə etdiyi “QAZ-6601” markalı, 07 BA 179 dövlət nömrə nişanlı yük maşını Astara rayon sakini, 1956-cı il təvəllüdlü Tağı Ağaverdi oğlu Nuriyevin idarə etdiyi “QAZel” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə “QAZel”in sürücüsü və sərnişini, Lənkəran rayonunun Viyən kənd sakini, 1960-cı il təvəllüdlü Məhərrəm Fərhad oğlu Mahmudov müxtəlif bədən xəsarətləri ilə Astara Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan bildiriblər ki, ilkin yardımdan sonra sürücü evə buraxılıb, yaralı sərnişinin isə vəziyyəti orta-ağırdır. Şahidlərin sözlərinə görə, qəzaya yük avtomobilinin mikroavtobusun yoluna çıxması səbəb olub. Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR