Bank Of Baku

Qazax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qazax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 31 yanvar 2008 16:04 (UTC +04:00)
Qazax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, rayonun Qazaxbəyli kəndində, Ağstafa rayon sakini Tofiq Əsgərovun idarə etdiyi “Kraz-665” və Gəncə şəhər sakini Rafael Rəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza zamanı “VAZ-2107” markalı avtomobildə başlayan yanğın nəticəsində R. Rəhimovun maşınında olan sərnişin aldığı yanıq xəsarətindən hadisə yerində dünyasını dəyişib. Qəza zamanı xəsarət alan Gürcüstan vətəndaşı Rasim İsmayılov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR