Bank Of Baku

Bakıda vəfat edən “Fənərbaxça”nın Divan üzvünün əmlakını mənimsəmək istəyən fırıldaqçılar həbs edilib

Bakıda vəfat edən “Fənərbaxça”nın Divan üzvünün əmlakını mənimsəmək istəyən fırıldaqçılar həbs edilib
# 31 yanvar 2008 16:13 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, fırıldaqçıların cinayət işində Azərbaycanın da adı hallanır. Belə ki, Engin Dəniz Sarıyerin qapı qonşusu M. S. Azərbaycanda qohumu olduğunu söyləyərək, ona əylənmək məqsədilə Bakıya getməyi təklif edib. Təklifi qəbul edən E. D. Sarıyer aviabilet və viza alınması üçün kimliyinin (şəxsiyyət vəsiqəsi) surətini M. S.-yə verib. M. S. isə kimlik məlumatları əsasında E. D. Sarıyerin adından öz adamına vəkalətnamə düzəltdirib. Sonra onlar birlikdə Azərbaycana yollanıblar və Bakıda M. S.-nin ticarətlə məşğul olan qohumunun evində qalıblar. M. S. və E. D. Sarıyer Bakının əyləncə mərkəzlərində kef çəkərkən fırıldaqçı qrupun İstanbuldakı üzvləri saxta vəkalətnamə əsasında “Fənərbaxça”nın Divan üzvünün İstanbulun Üsküdar rayonundakı 300 min yeni türk lirəsi dəyərində və Kadıköydəki 200 min lirə dəyərində olan evini öz adlarına keçiriblər. Ürəyi gecə həyatına davam gətirməyən 70 yaşlı E. D. Sarıyer isə Bakıda keçinib. M. S. bu barədə onun ailəsinə xəbər verib və cənazə Türkiyəyə aparılıb. Dəfndən sonra E. D. Sarıyerin ailə üzvləri onun mirasını almaq üçün müvafiq dövlət orqanına müraciət etdikdə, daşınmaz əmlaklarının başqa şəxslərin adına keçirildiyini öyrəniblər. Onların prokurorluğa müraciəti əsasında araşdırma aparılıb və fırıldaqçılar həbs olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR