Bank Of Baku

Azərbaycanın İstanbuldakı baş konsulu: “İstanbuldakı partlayışda həlak olan Novruz Məmmədov Naxçıvan sakinidir” - YENİLƏNİB

Azərbaycanın İstanbuldakı baş konsulu: “İstanbuldakı partlayışda həlak olan Novruz Məmmədov Naxçıvan sakinidir” - <font color=#FF0000>YENİLƏNİB</font>
# 01 fevral 2008 09:53 (UTC +04:00)
Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı APA-ya məlumatı təsdiqləyərək bildirib ki, Məmmədov Novruz Məmməd oğlu Naxçıvan sakinidir. 1960-cı il təvəllüdlü N. Məmmədov həmin binada yerləşən məişət texnikaları üçün ehtiyat hissələrinin istehsal olunduğu kiçik şirkətin sahibi olub. Diplomatın sözlərinə görə, baş konsulluq cəsədin Naxçıvana göndərilməsi üçün sənədləri hazırlayır. Mərhumun İstanbulda yaxınlarının olub-olmadığı barədə baş konsulluqda məlumat yoxdur. Qeyd edək ki, yanvarın 31-də Davudpaşa məhəlləsində yerləşən iş mərkəzində partlayış baş verib. Hadisəyə fişəng istehsal edən firmadakı yanğın səbəb olub. Lisenziyasız fəaliyyət göstərən fişəng sexinin altında boya istehsal edən sexin olması faciənin miqyasının böyüməsinə gətirib çıxarıb. Hadisə nəticəsində 20 nəfər ölüb, 117 nəfər isə yaralanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR