Bank Of Baku

Azərbaycanın Masallı rayonunun sakini Bakıda itkin düşüb

Azərbaycanın Masallı rayonunun sakini Bakıda itkin düşüb
# 01 fevral 2008 10:02 (UTC +04:00)
Ə. Abıyev polisə müraciətində göstərib ki, qardaşı - Masallı rayonunun Alvadı kənd sakini, 1973-cü il təvəllüdlü R. Abıyev yanvarın 30-da saat 23.00 radələrində mobil telefonuna gələn zəngdən sonra evdən çıxıb və bir daha geri qayıtmayıb. R. Abıyev qardaşına məxsus “Mercedes-Benz” markalı, 10 KU 266 dövlət nömrə nişanlı maşınla gedib. Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 31-də də Nizami rayonu ərazisində səs-küylü hadisə baş verib. Rayon ərazisində yaşayan, “Binə” Ticarət Mərkəzindəki valyutadəyişmə məntəqəsinin işçisi Qurban Həsənova silahlı basqın edən iki nəfər onun üzərindəki 30 min dolları aldıqdan sonra qara rəngli “Mercedes”də hadisə yerindən uzaqlaşıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR