Bank Of Baku

Bakıda “Nümunəvi sürücü və nümunəvi marşrut uğrunda!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək

Bakıda “Nümunəvi sürücü və nümunəvi marşrut uğrunda!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
# 01 fevral 2008 11:53 (UTC +04:00)
Sərnişindaşımada nizam-intizamı gücləndirilməsi, yol-nəqliyyat hadisələrinin sayının azalması məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Sərnişinnəqliyyat Departamentinin birgə “Nümunəvi sürücü və nümunəvi marşrut uğrunda!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək. Təhlükəsizlik aylığı ilə bağlı tədbirlər planı hazırlanıb. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Təhlükəsizlik aylığının fevralın 10-dan martın 10-dək davam edəcəyini deyən şöbə rəisi bildirib ki, aylıq müvafiq qurumlar arasında hazırlanan birgə tədbirlər planına uyğun olaraq aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR