Bank Of Baku

İstanbulda baş verən partlayış nəticəsində daha bir azərbaycanlı həlak olub

İstanbulda baş verən partlayış nəticəsində daha bir azərbaycanlı həlak olub
# 02 fevral 2008 07:56 (UTC +04:00)
Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı APA-ya bildirib ki, Şəhriyar Hacıyev hadisə vaxtı partlayış baş verən binada olmayıb. Həmin vaxt hadisə yerinin yaxınlığından keçən Şəhriyar Hacıyev dağıntılar altında qalıb: “Məhrumun qohumları baş konsulluğa müraciət etdilər. Biz bütün sənədləri hazırlayaraq cənazənin Naxçıvana aparılmasına yardım göstərdik. Mərhumun cəsədi Naxçıvana dünən aparılıb”. Baş konsul hadisə nəticəsində həlak olmuş digər həmyerlimiz Novruz Məmmədovun cəsədinin isə Naxçıvana bu gün yola salınacağını bildirib. Qeyd edək ki, yanvarın 31-də Davudpaşa məhəlləsində yerləşən iş mərkəzində partlayış baş verib. Hadisəyə fişəng istehsal edən firmadakı yanğın səbəb olub. Lisenziyasız fəaliyyət göstərən fişəng sexinin altında boya istehsal edən sexin olması faciənin miqyasının böyüməsinə gətirib çıxarıb. Hadisə nəticəsində 23 nəfər ölüb, 117 nəfər isə yaralanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR