Bank Of Baku

Cəzaçəkmə Müəssisəsinin rəisi: “Mirzə Sakit Müalicə Müəssisəsinə köçürülməyəcək”

Cəzaçəkmə Müəssisəsinin rəisi: “Mirzə Sakit Müalicə Müəssisəsinə köçürülməyəcək”
# 02 fevral 2008 12:16 (UTC +04:00)
Ə. Həsənov deyib ki, Mirzə Sakiti müayinə edən həkimlər onun Müalicə Müəssisəsinə köçürülməsini məsləhət görməyib, ona görə də məhbus həbsxana şəraitində müalicə olunacaq.
Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova isə APA-ya deyib ki, məhkuma və onun ailəsinə həbsxana rəhbərliyi tərəfindən verilən söz növbəti dəfə yerinə yetirilməyib: “Bununla neçənci dəfədir, bizə deyirlər ki, Sakit xəstəxanaya köçürüləcək, amma sonradan sözlərinə əməl etmirlər. Rəis mənə demişdi ki, həftənin sonunda onu xəstəxanaya köçürəcəklər. O da bilir ki, Sakitin səhhəti olduqca ağırdır və həbsxanada müalicə olunması mümkün deyil. Nəyə görə imkan verilmir?”
M. Sakitin Müalicə Müəssisəsinə köçürülməyəcəyi halda yenidən aclığa başlayacağını bəyan etdiyini xatırladan R. Zahidova deyib ki, həyat yoldaşının bu addımı atacağına əmindir: “Bəlkə də o artıq bu gündən aclığa başlayıb”.
Qeyd edək ki, Ə. Həsənov M. Sakitin hazırda aclıq etmədiyini deyib.
Xatırladaq ki, M. Sakit yanvarın 26-da Müalicə Müəssisəsinə köçürülməsi tələbi ilə aclığa başlayıb. Müalicə Müəssisəsinə köçürülməsinə razılıq veriləndən sonra isə o, yanvarın 28-də aclığı dayandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR