Bank Of Baku

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub ürəyindən əməliyyat olunacaq

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub ürəyindən əməliyyat olunacaq
# 03 fevral 2008 09:05 (UTC +04:00)
Z. Yaqub deyib ki, xəstəxanada həkimlər təcili olaraq ya Türkiyə, ya da Almaniyada ürəyindən əməliyyat olunmasının vacibliyini bildiriblər: “Həkimlər ürəyimdəki bir neçə damarın işləmədiyini, buna görə də əməliyyat olunacağımı bildirdilər. Əməliyyat ya Türkiyə, ya da Almaniyada aparılmalıdır. Tezliklə Almaniyaya yola düşməyi düşünürəm”. Xalq şairi xəstələndiyi iki gün ərzində çoxlu sayda insanların, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ona zəng etdiklərini və narahatlıq keçirdiklərini deyib: “Millətimin bu sevgisindən yenidən güc aldım. Bu sevgi məni mütləq yaşatmalıdır. Bütün Azərbaycan xalqına göstərdiyi dəstəyə görə minnətdaram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR