Bank Of Baku

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış təyyarəsinin qara qurusunun və pilotların cəsədlərinin axtarışı hələlik nəticə verməyib

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış təyyarəsinin qara qurusunun və pilotların cəsədlərinin axtarışı hələlik nəticə verməyib
# 04 fevral 2008 10:41 (UTC +04:00)
Yanvarın 29-da qəzaya uğrayaraq dənizə düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ-29” markalı döyüş təyyarəsinin qalıqlarının, qara qurusunun və pilotların cəsədlərinin axtarışı hələ ki, nəticə verməyib. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov məlumat verib. E.Səfərovun sözlərinə görə, hazırda axtarış davam etdirilir. Bu günə qədər hələlik təyyarənin qalıqlarından bir hissə belə tapılmayıb.
Qeyd edək ki, yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında qəzaya uğramış təyyarənin hər iki pilotu Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR