Bank Of Baku

Vladivostokda azərbaycanlı sahibkar Ramiz Verdiyevi qətlə yetirməkdə şübhəli bilinən bir nəfər həbs edilib

Vladivostokda azərbaycanlı sahibkar Ramiz Verdiyevi qətlə yetirməkdə şübhəli bilinən bir nəfər həbs edilib
# 04 fevral 2008 12:21 (UTC +04:00)
Yanvarın 11-də Rusiyanın Vladivostok şəhərində azərbaycanlı sahibkar Ramiz Verdiyevi qətlə yetirməkdə şübhəli bilinən bir nəfər həbs edilib. APA-nın məlumatına görə, yerli milisdən bildiriblər ki, həbs olunan şəxs Vladivostokdakı diasporlardan birinin nümayəndəsidir və R. Verdiyevlə şəxsi münaqişəsi olub. O, artıq dindirilib. Məlum olub ki, bir neçə il əvvəl də bu şəxsin yaxın qohumu öldürülüb. Qətlin sifarişçisi və icraçısı tapılmayıb.
Qeyd edək ki, R. Verdiyevə sui-qəsd edilən gün daha bir insident baş verib. Onunla birlikdə maşında olmuş və hadisə zamanı müxtəlif yaralar almış 3 nəfər şəhərin 2 saylı şəhər xəstəxanasına aparıldıqdan sonra Azərbaycan diasporunun nümayəndələri iki avtobusla xəstəxanaya gəliblər. Azərbaycanlılar R. Verdiyevin öldüyünü öyrəndikdən sonra qəzəbləniblər və iş adamının həyatını xilas edə bilməyən cərrahın onlara verilməsini tələb ediblər. Qrup üzvləri meyiti götürmək üçün cərrahiyyə korpusuna soxulmağa da cəhd göstəriblər. Mühafizə xidməti müqavimət göstərdikdə onlar silahlarını çıxararaq havaya atəş açıblar. Hadisə yerinə “OMON” çağırılıb və xuliqanlar həbs olunub. Onların üzərindən xeyli silah aşkarlanaraq götürülüb. Məlum olub ki, qarışıqlıq salan azərbaycanlılardan bir neçəsi axtarışdadır. Fakt üzrə təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR