Bank Of Baku

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış təyyarəsinin qara qutusunun və pilotlarının cəsədlərinin axtarışı davam edir

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış təyyarəsinin qara qutusunun və pilotlarının cəsədlərinin axtarışı davam edir
# 05 fevral 2008 07:15 (UTC +04:00)
Yanvarın 29-da qəzaya uğrayaraq dənizə düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ-29” markalı döyüş təyyarəsinin qalıqlarının, qara qutusunun və pilotlarının cəsədlərinin axtarışı davam edir. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Səfərov bildirib. Nazirlik sözçüsü yenilik olan kimi ictimaiyyətə xəbər veriləcəyinin deyib.
Qeyd edək ki, yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında qəzaya uğramış təyyarənin hər iki pilotu Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Bu günə qədər hələ ki təyyarənin qalıqlarından bir hissə belə tapılmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR