Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
# 05 fevral 2008 12:08 (UTC +04:00)
Bu gecə Lənkəran rayonunun Bürcəli kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun 214 km-də olub. Rayonun Mamusa kənd sakini, 1969-cu il təvəllüdlü Nazim Rəhmanovun idarə etdiyi “VAZ-2105” markalı, 10 CS 756 nömrə-nişanlı avtomobillə Bürcəli kənd sakini, 1962-ci il təvəllüdlü Dövlət Əliyevin idarə etdiyi “Belarus” markalı traktor toqquşub. Nəticədə N. Rəhmanov aldığı xəsarət nəticəsində ölüb. Xəsarət almış “VAZ-2105”-in sərnişini, Mamusa kənd sakini, 1972-ci il təvəllüdlü Malik Məmmədov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı Lənkəran RPŞ tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR