Bank Of Baku

Cahangir Quliyev: “Mən Rəsul Quliyevlə düşmənəm və onun qohumlarının hamısını məhkəməyə vermişəm”

Cahangir Quliyev: “Mən Rəsul Quliyevlə düşmənəm və onun qohumlarının hamısını məhkəməyə vermişəm”
# 06 fevral 2008 09:00 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında vaxtilə Rəsul Quliyevin biznes ortağı olmuş, hazırda isə eks-spikerin bacısı oğlu Elbrus Quliyevlə bağlı iddia qaldıran Cahangir Quliyev deyib. Onun sözlərinə görə, 1995-ci ildə R. Quliyevin qohumları onu həbs etdirərək, Bakıdakı “Göyçay” restoranını, Nizami Muzeyinin altındakı obyektlərini və daha bir neçə mağazasını əlindən alıblar.
C. Quliyev E. Quliyevin atası İdris Quliyevin oğlunun R. Quliyevin qayıdışı ilə bağlı pul vermədiyi üçün sifarişlə həbs olunması barədə fikirlərini absurd adlandırıb: “Mən Rəsul Quliyevlə düşmənəm. Onlar vaxtilə məni həbsxanaya salıblar, indi də onlardan öz haqqımı tələb edirəm. Mənim iddia qaldırmağımın Rəsul Quliyevlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Sonuncu dəfə Rəsul Quliyevi 1995-ci ildə görmüşəm. Ondan sonra heç bir əlaqəm olmayıb. Bunlar çox şey deyə bilərlər. Amma 2005-ci ildə Rəsul Quliyev Azərbaycana qayıtmaq istəyəndə təyyarədə onun yanında əyləşən mən yox, Elbrusun qardaşı İlqar idi. İndi necə olur ki, Rəsul Quliyevin qayıtmasını mən təşkil etməyə başlayıram? Digər tərəfdən, mənim Rəsulla heç bir əlaqəm və qohumluğum yoxdur, mən Neftçala rayonundanam, onlar isə Rəsulun bacısı uşaqlarıdır. Mən haqqımı tələb edirəm, başqa heç bir məqsədim yoxdur”. C. Quliyev məsələ ilə bağlı DİN-ə çağırıldığını və bu gün günün ikinci yarısında E. Quliyevlə üzləşdiriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR