Bank Of Baku

Zaqatalada oğurluqla məşğul olan qrup zərərsizləşdirilib

Zaqatalada oğurluqla məşğul olan qrup zərərsizləşdirilib
# 06 fevral 2008 14:56 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov APA. Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları oğurluqla məşğul olan qrupu zərərsizləşdirib. Şöbənin istintaq bölməsinin müstəntiqi Orxan Quliyevin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, daxil olan məlumat əsasında aparılan əməliyyat nəticəsində Nemət Şabanova məxsus ticarət mərkəzindən oğurluq etmiş 5 nəfər rayon sakini həbs edilib. Araşdırmalar zamanı məlum olub ki, Zaqatala rayon sakinləri Cəmil Nəbiyev, Rövşən Abdilov, Tariyel Süleymanov, Şahin Xaşayev və Vaqif Qardaşovdan ibarət qrup üzvləri müxtəlif vaxtlarda sözügedən ticarət mərkəzindən küllü miqdarda pul və danışıq kartları oğurlayıblar. Təqsirləndirilən şəxslər ilkin ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər. Onların barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR