Bank Of Baku

Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli bu gün palataya köçürüləcək

Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli bu gün palataya köçürüləcək
# 07 fevral 2008 07:54 (UTC +04:00)
Mərkəzi Klinik Xəstəxananın həkimi, F. Bədəlbəylini əməliyyat etmiş neyrocərrah Əli Ələkbərov APA-ya deyib ki, artıq xəstə ayılıb, özünü yaxşı hiss edir: “Dünən Fərhad Bədəlbəyli təcili yardımla beyin qansızması diaqnozu ilə xəstəxanaya gətirilib. Bəzən buna insult da deyilir. Buna həm qəfil əsəbilik, həm də təzyiqin yüksəlməsi səbəb ola bilər. Onun başında təcili cərrahiyyə əməliyyatı aparılıb. Bir saata yaxın davam edən cərrahiyyə əməliyyatı uğurla nəticələnib”. Ə. Ələkbərov bildirib ki, bu gün günorta saatlarında Fərhad Bədəlbəylinin reanimasiya şöbəsindən palataya köçürülməsi nəzərdə tutulur. Xalq artistinin üç günə yaxın xəstəxanada saxlanılacağını deyən Ə.Ələkbərov bundan sonra müalicənin evdə davam etdiriləcəyini qeyd edib.
Qeyd edək ki, Fərhad Bədəlbəylinin ötən ilin dekabrında 60 illik yubileyi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR