Bank Of Baku

Masallıda yol-nəqliyyat hadisəsi baş verib

Masallıda yol-nəqliyyat hadisəsi baş verib
# 07 fevral 2008 09:32 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Bu gecə Ələt-Astara magistral yolunun 165-ci km-də yol qəzası baş verib. Masallı Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, Masalı sakini, 24 yaşlı Raci Əhədovun idarə etdiyi “Mercedes-190” markalı, 44 BL 085 dövlət nömrə nişanlı avtomobil 37 yaşlı Lerik sakini Maqsud Babayevin idarə etdiyi “QAZ 53” markalı 79 30 AQM dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Toqquşma o qədər güclü olub ki, “QAZ 53”-ün arxa təkərləri yerindən çıxıb. Nəticədə “Mercedes”in sürücüsü və sərnişini, 48 yaşlı Şamil Əhədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar. MRX-nin reanimasiya şöbəsindən bildiriblər ki , qapalı kəllə beyin travması diaqnozu ilə qəbul edilən sürücü Raci Əhədovun vəziyyəti ağırdır. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR