Bank Of Baku

Kəmaləddin Heydərov: “Qəzaya uğramış “MİQ-29” təyyarəsi ilə bağlı axtarışların radiusunu genişləndirmişik”

Kəmaləddin Heydərov: “Qəzaya uğramış “MİQ-29” təyyarəsi ilə bağlı axtarışların radiusunu genişləndirmişik”
# 07 fevral 2008 17:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu il yanvarın 29-da qəzaya uğramış “MİQ-29” təyyarəsinin qalıqlarının və həlak olan pilotların cəsədlərinin axtarışlarının nəticələri ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, pilotların cəsədləri və təyyarənin qalıqları tapılana qədər axtarışlar davam edəcək.
Nazir binalara yenidən baxış keçiriləcəyini, qəza vəziyyətində olan binaların müəyyənləşdiriləcəyini və əlavə tədbirlər görüləcəyini də deyib. Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan binalar sökülərək, yeniləri tikiləcək.
Azərbaycanın yanğınsöndürmə texnikasının müasirləşdirildiyini deyən K. Heydərov artıq dağ relyefində də yanğının söndürülməsi üçün xüsusi vertolyotlar alındığını bildirib. Bu vertolyotlardan həm yanğının söndürülməsində, həm də əhalinin evakuasiyasında istifadə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR