Bank Of Baku

Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli hələ də reanimasiya şöbəsindədir

Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli hələ də reanimasiya şöbəsindədir
# 08 fevral 2008 09:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dünən palataya köçürülməsi nəzərdə tutulan xalq artisti Fərhad Bədəlbəyli hələ də reanimasiya şöbəsindədir. Mərkəzi Klinik Xəstəxananın həkimi, neyrocərrah Əli Ələkbərov APA-ya açıqlamasında bildirib ki, xəstənin reanimasiya şöbəsində saxlanılması rəhbərliyin göstərişi ilə olub: “Palatada xəstənin yanına gəlib-gedənlərin sayı çox olur. Reanimasiyada isə bu imkan yoxdur, xəstənin yanına heç kim buraxılmır. Fərhad Bədəlbəylinin həyatına görə çox saylı insanlar narahatlıq keçirirlər, onu ziyarət etmək istəyənlərin də sayı çoxdur”. Ə. Ələkbərov deyib ki, F. Bədəlbəylinin palataya köçürülməsi bu gün də mümkündür: “O özünü çox yaxşı hiss edir. Yaxın günlərdə evə yazmaq fikrindəyik. Ancaq Fərhad müəllim yorulduğunu, burada 5-10 gün dincəlmək istədiyi deyir”.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli fevralın 6-da beyni qansızması diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib və həmin gün Ə. Ələkbərov onun başında cərrahiyyə əməliyyatı aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR