Bank Of Baku

Ötən ay Azərbaycan paytaxtında baş verən 95 yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər ölüb, 109 nəfər isə yaralanıb

Ötən ay Azərbaycan paytaxtında baş verən 95 yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər ölüb, 109 nəfər isə yaralanıb
# 08 fevral 2008 11:12 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya bildirib ki, ötən ay 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələri 19,14% azalıb. 2007-ci ilin yanvarında paytaxtda baş verən 118 yol-nəqliyyat hadisəsi nəticəsində 41 nəfər ölüb, 127 nəfər isə yaralanıb. V. Əsədovun sözlərinə görə, yanvarın 1-dən fevralın 1-dək paytaxtda 34433 sürücü məsuliyyətə cəlb edilib. Bunlardan 293 nəfər sərxoş olduğu, 4810 nəfər təhlükəsizlik kəmərini bağlamadığı, 32 nəfər pərdəli və ya plyonkadan istifadə etdiyi, 1196 nəfər sərnişin daşıma qaydalarını pozduğu, 86 nəfər polisə tabe olmadığına, 1111 nəfər qırmızı işıqda keçdiyinə, 365 nəfər surət həddini aşdığına, 73 nəfər dövlət nömrə nişanı olmayan maşın sürdüyünə görə cəzalandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR